KİBARDABİZ-İN GƏLƏCƏYİ

Qrupumuzu gələcəyə aparan ən mühüm dəyərimiz işçilərimizdir. Bizi güclü edən və gücümüzə güc qatmağımızı təmin edən cəhət bir-birimizə etibarımızdır. Gələcəyi istiqamətləndirməyimizə imkan verən isə innovativ nöqteyi-nəzərimizdir, çünki BİZ birlikdə güclüyük.

Kibar Qrupunun kadrların idarə edilməsi sistemində BİZ,

Kibar Qrupu daxilində kadrların idarə edilməsi sistemləri bir-birinə inteqrasiya olaraq, «maestro» adlandırılan SAP Successfactors bazalı bulud mühitində işləyən kompyüter proqramı vasitəsilə idarə edilməkdədir.

İşçilərimizin də öz kariyeralarının ""maestro""su olmasına imkan verəcək bu tətbiq sayəsində işəgötürmədən təşkilatdaxili kariyera imkanlarına, hədəflərin idarə edilməsindən səriştənin qiymətləndirilməsinə, inkişafın planlaşdırılmasından təlimlərin müşahidəsi və məsafədən təhsil şəklində keçilməsinə qədər bütün proseslər idarə olunur.

Bacarıqlar əldə etmədə BİZ,

Kibar Holding Qrupuna yüksək məhsuldarlığa malik, öz işinə bağlı işçilər qazandıraraq və biznesin dayanıqlılığını, genişlənməsini dəstəkləyərək, biznesə dəyər əlavə etməyi hədəfləyirik.

Düzgün namizədi münasib vəzifə ilə bir araya gətirmə məqsədi güdən işəgötürmə prosesimiz zamanı boş vakansiyalar üçün Holding və şirkətlərimizin məlumat bazasını, müxtəlif kariyera portallarını və fərdi müraciətləri qiymətləndirərək namizədlərimizi ilkin görüşməyə dəvət edirik.

Namizədlərin qiymətləndirilməsi və işə götürülməsi proseslərimiz zamanı:

  • Şəxsi inventar proseduru, ingilis dili testi, bacarıqlara əsaslanan müsahibə, şirkətdaxili və şirkətdənkənar qiymətləndirmə mərkəzi prosedurlarından istifadə edirik.
  • Bütün görüşlərimiz zamanı obyektiv olma, bərabərlik, məxfiliyi qoruma və müsbət namizəd təcrübəsi prosedurlarına həssaslıqla yanaşırıq.
  • Etibar formalaşdırma, diqqəti müştərilərə yönəltmə, diqqəti nəticələrə yönəltmə, dəyişikliklərə kömək etmə, müsbət biznes münasibətləri yaratma işçilərimizdən və namizədlərimizdən gözlədiyimiz davranış göstəricilərimizdir.
  • Kibar Qrupunda BİZ olaraq, gənc istedadların qrupumuza cəlb olunması prosesinə diqqətlə yanaşırıq.

Kibar Holding və qrup şirkətlərində həyata keçirilən K-Team Gənc İstedadlar üçün Staj Proqramımız 2014-cü ildən etibarən Kibar Holding-də və qrup şirkətlərində həyata keçirilməkdədir.

«Həqiqi kariyera həqiqi stajla başlayar"" deyərək çıxdığımız bu səfərdə universitetlərin 3-cü və 4-cü kurs tələbələrinə 1 illik staj keçmə fürsəti veririk. Bu proqram vasitəsilə həqiqi iş praktikası yaşatmağı hədəfləməklə yanaşı, gənc istedadlarımızın fərdi və kariyera baxımından inkişafına da diqqət yetiririk. Bugünədək ümumilikdə 20 min müraciət edən arasından seçilən 105 gənc istedadımıza qrup şirkətlərimizdə uzunmüddətli staj imkanı təmin edilmişdir. 29 iştirakçımız qrup daxilində yaradılan kariyera imkanlarına müraciət prosesində müvəffəqiyyət əldə edərək, işə götürülmüşdür.

K-Team Gənc İstedadlar üçün Staj Proqramının iştirakçıları proqram müddətində:

  • Biznes həyatına yönəlmiş təlimlər və kariyera məşqləri keçirlər,
  • Əməkdaşlıq düşüncəsinə sahib, özünü gözəl ifadə edən, yaxşı bir kollektiv üzvü olmalarına töhvfə verəcək və fərdi məlumatlılıqlarını artıracaq təlimlərdə iştirak edirlər,
  • Layihə fəaliyyətlərində iştirak edərək, yuxarı rəhbərliyə təqdimatlar etmə və özlərini tanıtma imkanları əldə edirlər,
  • Peşəkar menecerlər və rəhbərlərlə bir araya gəldikləri fəaliyyətlərdə iştirak edirlər,
  • K-Team Gənc İstedadlar üçün Bacarıq Proqramında böyük bir ünsiyyət şəbəkəsinin iştirakçısı olurlar,
  • Kibar Qrupunda yaradılan kariyera imkanlarıdan xəbərdar olurlar və yeni məzunların işə götürülməsi zamanı ilk növbədə dayanan namizəd kimi qiymətləndirilirlər.

K-Team Müraciət və Qiymətləndirmə Prosesində BİZ:

  • Müraciət prosesi ( Hər ilin mart ayında kibar.com, Linkedin və Kariyer.net saytlarında elan edilir)
  • İnventar proseduru və videolu filtrləmə sualları,
  • Qiymətləndirmə Mərkəzi Günü (Hər ilin may ayında seçilən tələbələr real həyatdan görülmüş nümunələrin araşdırılmasının həyata keçirildiyi bir günə dəvət edilirlər)
  • Vəzifələrin idarə edilməsi üzrə menecerlə görüş prosesi başa çatdırılır.
  • İstehsalat təcrübəsinin başlama tarixi: iyul ayı

Bacarıqların idarə edilməsi sahəsində BİZ:

Bacarıqların idarə edilməsi vasitəsilə işçilərimizin gələcəyə dair potensiallarını müəyyənləşdirərək, onların öz bacarıqlarına uyğun kariyera və liderliyin inkişafı planlaşdırmaları vasitəsilə yüksək vəzifələr üçün inkişaf etdirilməsini və bu vəzifədə özlərini doğrultmasını hədəfləyirik. Bu hədəfə nail olmaq üçün ehtiyatda saxlama planlaşdırmaları həyata keçirərək və namizəd bankları yaradaraq, bu prosedurları dəstəkləyirik. Bu planlara uyğun olaraq işçilərimizin uğurlu tərəflərini və inkişaf üçün münasib cəhətlərini ortaya çıxarmaq, məlumatlılıqlarını artırmaq və inkişaf planları hazırlamaq üçün fəaliyyətlər həyata keçiririk. İstedadlarımızın inkişafını dayanıqlı etmək məqsədilə isə təşkilatdaxili inkişaf, rəhbərlik və mentorluq prosesini planlaşdıraraq, bu prosesin həyata keçirilməsini təmin edirik.

Daxili kariyera imkanlarında BİZ:

Çoxsaylı şirkətlərdən ibarət olan bir qrup olmanın üstünlüklərindən faydalanaraq, işçilərimizin bir şirkətdən digərinə keçməsini və dövriyyəsini dəstəkləyir, müxtəlif kariyera yollarında irəliləməsini təmin edirik.

İnkişaf sahəsində BİZ:

Kibar Kariyera Məktəbi:

Kibar Kariyera Məktəbi - Qrupumuzun davamlı inkişaf və bir-birindən öyrənmə mədəniyyətini, dayanıqlı şəkildə inkişafını dəstəkləyəcək inkişaf fəaliyyətlərinin bir araya toplandığı korporativ inkişaf platformamızdır. Bu platformada bir-birindən öyrənməni dəstəkləyəcək daxili təlimlər, bacarıqları və texniki inkişafı dəstəkləyəcək inkişaf proqramları, liderliyin inkişafına yönəlmiş rəhbərlik və mentorluq prosesləri, bütün işçilər üçün əlçatan olan məsafədən təhsil vasitələri, işçilərimizin öz güclü və inkişaf edən cəhətlərinin fərqinə varmalarını təmin edəcək inkişaf mərkəzi prosedurları mövcuddur.

Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz