Soyuq Zəncirlər Üçün Həllər - Assan Panel

Soyuq zəncirlər üçün modul tipli anbar həlləri və daha çox imkanlar üçün Coolcell!

CoolCell mövcud soyuq kameralarla müqayisədə unikal enerji səmərəliliyi və yüksək həcmli saxlama sahəsi təmin edən, quraşdırılması asan, polad konstruksiyaya ehtiyac duymadan peyvənd, qan, dərman, istənilən donmuş quru qida, meyvə, tərəvəz, ət və dəniz məhsullarını gigiyenik və təhlükəsiz şəkildə saxlamanızı təmin edərək, ümumi həllər təmin edir.

Soyuq zəncirlər üçün həllər və daha çox imkanlar üçün Coolcell!

CoolCell mövcud soyuq kameralarla müqayisədə unikal enerji səmərəliliyi və yüksək həcmli saxlama sahəsi təmin edən, quraşdırılması asan, polad konstruksiyaya ehtiyac duymadan peyvənd, qan, dərman, istənilən donmuş quru qida, meyvə, tərəvəz, ət və dəniz məhsullarını gigiyenik və təhlükəsiz şəkildə saxlamanızı təmin edərək, ümumi həllər təmin edir.

Unikal enerji səmərəliliyi

Coolcell malik olduğu mükəmməl istilik səmərəliliyi sayəsində soyutma zamanı enerji səmərəliliyi təmin edir.

Polad konstruksiyasız sistem

Heç bir polad konstruksiyaya ehtiyac duymadan minimum quraşdırma müddətində soyuq anbarınıza tez bir şəkildə sahib ola bilərsiniz.

Saxlamaq üçün daha böyük anbar həcmi

4 müxtəlif modulu sayəsində ənənəvi soyuq kameralı anbarlarla müqayisədə 3 qat daha geniş həcm təmin edir.

Açar təslimi formasında həll

Coolcell konstruksiyasını təşkil etmək üçün tələb olunan bütün komponentlər hamısı bir konteynerə yerləşir. Assan Panel şirkətinin zəmanəti ilə çatdırılma təmin edilir.

Soguk-Zincir-Cozumleri
Soguk-Zincir-Cozumleri

Modul tipli soyuq hava anbarı məhsulu CoolCell

Ehtiyac duyulan qidaların təzəliyini qorumaq və onların istifadə ömrünü uzatmaq üçün xarici mühit şəraitindən izolyasiya edilmiş yerin soyutma cihazları vasitəsilə ideal hava mühitinin təşkil edildiyi soyuq kameralardır.

Soyuq hava anbarlarında əsas məqsəd məhsulun görünüşünə və daxili quruluşuna xələl gəlmədən onu ilk gün malik olduğu təzəliyini qorumaqla uzun müddət mühafizə etməkdir.

Coolcell konstruksiyasını harada istifadə edə bilərəm?

Colcell konstruksiyasını qida maddələri ilə yanaşı, tibbi məhsullar, dərman sənayesi, kimya məhsulları ilə əlaqədar sahələrdə də münasib qiymətli, sürətli, yüksək və maksimal istilik izolyasiyalı həll variantları üçün əminliklə istifadə edə bilərsiniz.

Laboratoriyalar, xəstəxanalar, ət müəssisələri, ət emalı müəssisələri, dondurma, dondurulmuş qida maddələrini emal müəssiələri, dəniz məhsullarının emal edildiyi və paketləndiyi müəssisələr, sənaye tipli dizayn edilmiş böyük soyuq anbarlar sayəsində münasib qiymətli və gigiyenik, sürətli, yüksək və maksimal istilik izolyasiyalı həlllər təmin edir.

Coolcell hansı temperaturda fəaliyyət göstərir?

Coolcell konstruksiyasının fəaliyyət temperaturu standart model üçün + 0 ° C-dir və istənilən quru qida, meyvə, tərəvəz, ət və ya dəniz məhsullarını saxlamaq üçün istifadə edilə bilər. -85 ° C-dək düşən temperaturlarda soyuq kamera kimi istifadə edilmək üçün də layihələndirilə bilər.

Coolcell konstruksiyasının quraşdırılmasına başlaya bilməyim üçün əsas tələblər nələrdir?

Coolcell konstruksiyasını öz obyektinizdə quraşdırmağa başlamazdan əvvəl izolyasiyalı beton bünövrə hazırlamalısınız. Texnik heyətə sifarişinizi verməzdən əvvəl heyətimiz Coolcell konstruksiyasına qoyduğunuz tələblərdən asılı olaraq sizə əsas spesifikasiyalarla əlaqədar məsləhətlər verəcək.

Quraşdırmadan əvvəl polad konstruksiyanın sxemini hazırlamalıyam?

Coolcell konstruksiyasının layihələndirilməsi konstruksiyanın sabitliyi üçün polad çərçivəyə olan ehtiyacı aradan qaldırır. Assan Panel şirkətinin istehsalı olan izolyasiyalı panellərdən və yardımçı materiallardan təşkil olunan Coolcell heç bir polad çərçivəyə ehtiyac olmadan öz yükünü daşıyan konstruksiyadır.

Coolcell konstruksiyasının dizaynına nələr daxildir?

Aşağıdakı quraşdırma armaturlarının hamısı çatdırılmaya daxildir:

  • Tavan və divarları formalaşdırmaq üçün soyuq anbar panelləri
  • Yağış kanalları və künc panelləri
  • Döşəmə profilləri və panellər üçün yardımçı vasitələr
  • Trapesiya dam lövhəsi
  • Siyirməli qapı
  • daxili və xarici soyutma bölmələri
  • Xarici və daxili işıqlandırma
  • Elektrik kabelləri və yardımçı vasitələri
  • Panellər üçün birləşdirmə elementləri / İstehlak materialları / Elektrik / İşıqlandırma sistemi
  • Quraşdırmaya yardım sənədləri / Divar panellərinin quraşdırılmasına dəstək cihazı

Coolcell konstruksiyasını quraşdıran zaman dəstək ala bilərəmmi?

Coolcell sərbəst şəkildə quraşdırma üçün kifayət qədər məlumatın əks olunduğu təfərrüatlı istifadə təlimatı ilə birlikdə göndərilir. Texniki ofisimiz həmçinin quraşdırma xidmətləri göstərir. Ətraflı məlumat üçün texniki ofisimizlə əlaqə saxlaya bilərsiniz.

CoolCell kataloqumuzu əldə etmək üçün aşağıdakı linkə tıqlayın!

Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz