İSTİXANA POLİKARBONAT

TƏBİƏTƏ İŞIQ SAÇIR

İstixanalar üçün NaturaLight polikarbonat məhsullarımız UV şüalarının yaratdığı aşınmalara qarşı yüksək müqavimət göstərərək, uzunmüddətli mükəmməl işıqötürmə göstəriciləri sayəsində istilik və struktur baxımından məhsuldarlıq təmin edir. Bununla yanaşı, texniki heyətimiz enerjiyə maksimum qənaət edilməsinə və binalar üçün ən gözəl layihələndirməyə nail olmaq məqsədilə, təbii və süni işıqlandırma arasında maksimal tarazlıq əldə etməyinizə kömək edə bilər.

istixana-polikarbonat

Novlu polikarbonat lövhə

Novlu polikarbonat lövhələr zərbə müqaviməti ilə yanaşı şəffaflığın da əhəmiyyətli olduğu yerlərdə yüksək məhsuldarlıq təmin edir. Novlu polikarbonat lövhələrin hər sahədə istifadə oluna bilməsi onları ideal seçimə çevirir.

Polikarbonat lövhənin daxilində ayırıcı divarlar arasındakı boşluqda qalan hava istilik izolyasiyası təmin edir. Bu divarları təşkil edən dolğu materialı polikarbonat lövhənin həm strukturun möhkəmliyi, həm də elastiklik baxımından yaxşı göstəricilər təmin etməsinə imkan verir.

istixana-polikarbonat
istixana-polikarbonat

İstixanalar üçün NaturaLight polikarbonat lövhələri

  • Şüşəyə nisbətən daha yüngüldür və xərclərinin az olması sayəsində üstünlüyə malikdir. •Yüksək istilik müqavimətinə malikdir.
  • Yüksək zərbə müqaviməti təmin edir.
  • Işığa olan tələbatdan asılı olaraq şəffaf və ya opal olaraq istehsal edilə bilər.
  • İnşaat tələblərindən və daşınma şəraitindən asılı olaraq, arzu edilən ölçüdə istehsal edilə bilər.
  • Tağlı dam və s. tətbiq edilən zaman əyilmə imkanına malikdir.
  • UV-yə qarşı yüksək müqavimətə malikdir.
  • Quraşdırılması olduqca asan və praktikdir.
  • Estetik görünüş təmin edir.
  • Su sızmasına qarşı detonator vasitəsilə tətbiq edilir.
  • Birləşmə alüminium lamellər vasitəsilə təmin edilir.
  • Polikarbonat quraşdırma lamellərindən istifadə edildikdə, əlverişsiz hava şəraitində sızdırmazlığı və zərbələrə qarşı müqaviməti artırır.

Uzadılmış böyümə mövsümü

Polikarbonat materialların faydaları, xüsusilə, uzun böyümə mövsümü yaşayan istixananın ümumi məhsudarlığına əhəmiyyətli təsirə malikdir. Bu, bütün il boyunca bitki və tərəvəzlərinizdən daha çox faydalanmağınızı təmin edir. Uzadılmış böyümə mövsümü sərf etdiyiniz zaman və pul vəsaiti müqabilində daha çox tərəvəz və ya meyvə toplamağınıza imkan verir. Təbii şəkildə uzadılmış böyümə mövsümü daha az süni isitmə deməkdir. Həmçinin elektrikə və ən əhəmiyyətlisi isə zamana qənaət etməyinizə kömək edir.

istixana-polikarbonat

Yüksək işıq keçiriciliyi

NaturaLight novlu polikarbonat lövhələri yüksək işıq keçiriciliyinə malikdir. Bu xüsusiyyəti sayəsində istixanalar üçün digər örtük materialları ilə müqayisədə, bitkilərdə daha çox inkişaf əldə edilir və istixananın məhsuldarlığı artır.

Diffuzor effekti

İstixanalar üçün örtük materiallarında diffuzor effekti xüsusiyyətinin iki böyük üstünlüyü vardır. Diffuzor effekti işığın istixananın daxilində homogen şəkildə paylanmasını təmin edir. Birbaşa işıqlandırma zamanı bitki və yarpaqların yuxarı hissələri işığın böyük bir hissəsini qəbul edir. Bunun sayəsində isə əlavə fotosintez həyata keçirir. Lakin orta və aşağı hissədəki yapraqlar daha az işıq qəbul etdikləri üçün daha az fotosintez həyata keçirir və inkişafları məhdud olaraq qalır. Diffuzor effekti sayəsində bu vəziyyət minimallaşdırılır və istixananın məhsuldarlığı artırılır. Həyata keçirilmiş tədqiqatlar zamanı diffuzor effekti sayəsində bibər hasilatının 5-6% arasında artdığı, xiyar hasilatında 8% artım təmin edildiyi müşahidə edilmişdir.

SİSƏ QARŞI müntəzəm

İstixanaların damlarında mühitin rütubətli olması ilə əlaqədar artan buxar istixananın örtüyünün səthində su damcıları əmələ gətirir. Bu damcılar bitkinin ehtiyacı olan günəş işığının sınmasına və geriyə qayıtmasına səbəb olur. İstixanalar üçün NaturaLight polikarbonat lövhələri sisə qarşı müntəzəm qabiliyyətləri sayəsində, artan su buxarının damcı əmələ gətirməsinə mane olur və istixananın örtüyünün üzərində lent qatı şəklində paylanmasını təmin edir. Sisin qarşısın alma xüsusiyyətinə malik olmayan istixana örtüklərində artan istilik buxarı və damcılar günəş işığının bitkinin üzərində obyektiv təsiri yaratması və damcıların düşməsi ilə əlaqədar olaraq yetişdirilən bitkilərdə müxtəlif xəstəliklərə və yanıqlara səbəb olur. Həmçinin yetişdirilən bitki üçün tələb olunan işığın gücündə azalma meydana gəlir və məhsuldarlığın azalmasına səbəb olur. İstixanalar üçün NaturaLight polikarbonat lövhələrinin ən mühüm xüsusiyyətlərindən biri sis əleyhinə xüsusiyyətinin uzun illər boyunca davamlı olmasıdır.

UV-dən ikitərəfli qoruma

İstixanalar üçün Naturalight polikarbonat lövhələri arzu edilərsə, UV-dən mühafizə edilmiş şəkildə istehsal edilə bilər. İstixana praktikasında UV-dən ikitərəfli qorumanın ən mühüm üstünlüyü, xüsusilə, yan divarlarda havalandırma üçün dam açıldığı zaman günəşdən gələn UV şüalarının yan divarların daxili hissələrinə ziyan vurmasının qarşısını almaqdır.

Yüksək zərbəyə müqavimət

NaturaLight polikarbonat lövhələri -30, +120 C kimi olduqca yüksək temperaturlarda belə, yüksək zərbə müqavimətinə malikdir. Polikarbonat materiallar zərbəyə şüşədən 200 dəfə artıq müqavimətə malikdir. Xüsusilə, 8 mm və daha böyük novları olan polikarbonat lövhələr doluya qarşı dözümlüdür. İstixanalar üçün NaturaLight polikarbonat lövhələri istixanalar üçün digər örtüklər kimi küləyin təsiri altında deformasiyaya uğramırlar və strukturun sərtliyini mühafizə edərək onun bütövlüyünü qoruyurlar. Yarana biləcək qismi zədələr bütövlükdə lövhəyə təsir etmir.

Tətbiq və layihələrə dəstək xidməti

İstixana praktikasında yalnız lövhələrin təmin edilməsi deyil, istixananın quraşdırılacağı yerin iqlim şəraitinə və yetişdiriləcək bitkilərin xüsusiyyətinə uyğun olaraq, layihələrə dəstək təmin edirik. Bununla əlaqədar, konstruksiya detalları və istifadə edilən istixana örtüyü materialının qalınlığı və xüsusiyyəti kimi məsələlərdə sizlərə həll variantları təklif edirik.

Sonuç Bulunamadı
(AZ) Kataloqumuzu əldə etmək üçün aşağıdakı linkə tıqlayın.
 
(EN) Kataloqumuzu əldə etmək üçün aşağıdakı linkə tıqlayın.