TARİXÇƏ
KİBAR HOLDİNG şirkətlərindən biri olan Assan Demir ve Sac Sanayi A.Ş. şirkətində poliuretan dolğulu sandviç panellər üçün birqat trapesiya örtüklərin, həmçinin yardımçı və əlavə elementlərin istehsalına başlanmışdır.
Bazarın genişlənməsi və tələbin artması nəticəsində daha keyfiyyətli və daha sürətli şəkildə materiallar istehsal edə bilmək üçün Fasiləsiz xətt (Continuous Line) yaradılmışdır.
Şirkətin bu sektorda təqdim etdiyi ilk, yeganə və real başlıqlı sandviç panellərin ""Master Panel” adı ilə istehsalına başlanmışdır.
Materialların satışı və tətbiqi xidmətləri göstərmək məqsədilə yaradılan Prefabrik inşaat materialları departamenti Assan Prefabrik Yapı Elemanları Pazarlama ve İnşaat A.Ş. şirkətinə çevrilmişdir.
Assan Prefabrik Yapı Elemanları Pazarlama ve İnşaat A.Ş. öz müştərilərinə daha yaxşı, keyfiyyətli və sürətli xidmət edə bilmək üçün restrukturizasiya olunmuş, öz kadrlarını artıraraq, sandviç panel istehsalını öz tərkibinə daxil etmişdir.
Poliuretan şişirdici qaz kimi, ozon təbəqəsinə zərər vurmayan n – Pentan qazından istifadə etməklə “Ekoloji təmiz“ ünvanı qazanmışdır.
Müştərilərinə daha yaxşı xidmət edə bilmək məqsədilə, hər biri öz sahəsində ixtisaslaşmış olan firmalarla həqiqi mənada dilerlik sisteminə keçilmişdir.
Yatırdığı investisiya ilə İskenderun Mütəşəkkil Sənaye Zonasında da sandviç panel, birqat trapesiya örtüklərlə yanaşı, yardımçı və əlavə elementlərin istehsalına keçilmişdir.
Keyfiyyət sahəsində də əhəmiyyətli bir mərhələyə gəlinərək, ISO 9001 sertifikatı əldə edilmişdir.
Orta Şərq və Balkan ölkələri başda olmaqla, 32 ölkəyə reallaşdırılan satışla İstanbul Mədən və Metal İxracatı Birliklərinin müəyyənləşdirdiyi ""İxracat ulduzları mükafatları""nı əldə etməkdə bir çox böyük firmanı arxada qoyaraq, ikinci yeri tutmuşdur.
2007-ci ildə istehsalat xətlərinin potensialının artırılması nəticəsində illik 5 350 000 m2 kimi rekord səviyyədə sandviç panel istehsalına nail olaraq, bazarda 40% payla ilk sırada yer tutmuşdur.
EFQM Mükəmməllik proqramının ilk mərhələsi olan ""Mükəmməllikdə əzm"" mərhələsini uğurla başa vuraraq, KALDER şirkəti tərəfindən verilən EFQM-Mükəmməllikdə əzm sertifikatını almışdır.
Müştərilərimizin tələblərini maksimum qarşılamaq üçün Balıkesir Mütəşəkkil Sənaye Zonasında poliuretan, poliizosianid və daş yunu dolğulu sandviç panel, yardımçı və əlavə elementlərin istehsalına keçilmişdir.
Sandviç panellər sahəsində Avropa normalarına uyğun keyfiyyət standartı olan TSE EN 14509 sertifikatı əldə edilmişdir.
Həm alüminium, həm də istiliyə batırma metodu ilə qalvanizasiya edilmiş metal lövhələrin boyanmasına imkan verən Gebze şəhərindəki müəssisə 2010-cu ilin dekabr ayında istehsala başlamışdır.
İordaniyadakı fabrikimiz fəaliyyətə başlamışdır: Paytaxt Amman şəhərindən 45 km məsafədə yerləşən müəssisə 10 min kvadrat metri qapalı olmaqla, ümumilikdə 65 min kvadrat metrlik sahədə yaradılmışdır. 2012-ci ilinin əvvəlində təməli qoyulan bu müəssisədə fasiləsiz xəttin quraşdırılması sürətlə başa çatdırılaraq, eyni ildə ilk istehsal həyata keçirilmişdir. 4,5 milyon m2 həcmə malik bu xətt vasitəsilə ilk mərhələdə poliuretan dolğulu sandviç panellərin və əlavə elementlərin istehsal edilməsi planlaşdırılmışdır. Daş yunu dolğulu sandviç panellərin istehsalı isə sonrakı mərhələnin investisiya dövrünə planlaşdırılmışdır.
Polikarbonat dam və divar işığı materialları istehsal edən müəssisəmiz istehsalata İstanbulun Tuzla rayonunda başlamışdır.
İstanbuldakı müəssisənin 2-ci istehsal xəttinin fəaliyyətə başlaması.
UL Greenguard Gold və LPCB Sertifikatları əldə edilmişdir.
STP (Sumqayıt Texnologiyalar Parkı) və Assan Panel şirkətinin tərəfdaşlığı ilə Azərbaycandakı xətt fəaliyyətə başlamışdır.
İngiltere ve Macaristan satış ofisleri açıldı.