KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ

Kalite-Yonetim

Türkiyədə sandviç panel bazarının lideri olan firmamız müştəri məmnuniyyətini maksimum səviyyədə təmin etmək məqsədilə, öz səriştəli diler şəbəkəsi ilə layihələndirmə mərhələsindən başlayaraq istehsal, ölkədaxili/ölkəxarici satış və satışdan sonrakı xidmətlərə qədər bütün prosesləri əhatə edən, hər bir fəaliyyətin təsirlərini müşahidə edən və nəticələrə uyğun təkmilləşdirməni hədəfləyən ISO 9001:2015 Keyfiyyətin İdarə Edilməsi Sistemi sertifikatına sahibdir. Assan Panel şirkəti ilk dəfə olaraq, 2006-cı ildə ISO 9001 sertifikatı ilə mükafatlandırılmışdır.

Ümumi Keyfiyyətin İdarə Edilməsi Sistemi əsasında və uyğunlaşdırılmış TS EN 14509/AC:2014 standartına əsasən, istehsalatda istifadə ediləcək xammaldan tutmuş prosesin mərhələlərinə və materialın təhvil verilməsinə qədər bütün keyfiyyətə nəzarət fəaliyyətlərinin firmamızda həyata keçirildiyi TSE tərəfindən də təsdiq edilmişdir.

TS EN 14509 Fabrikdə İstehsal Edilən-Özünü Daşıyan İkisəthli Metal Örtüklü İzolyasiya Panelləri-TSE Uyğunluq Sertifikatını 2009-cu ildə Türkiyədə əldə edən ilk firma olmuşdur.

Assan Panel şirkəti öz keyfiyyəti idarəetmə sistemini və məhsullarının keyfiyyətini yalnız ölkə daxilində deyil, ölkə xaricində də sübut etməyə davam edir. Bununla bağlı, 4880, 4881 və 4471 saylı standartlara əsasən, üçüncü şəxslər tərəfindən təmin edilən test və setifikasiya xidmətləri sahəsində beynəlxalq lider olan FM Approvals şirkətinin (ABŞ) sertifikatını sandviç panel sektorunda uzunluq məhdudiyyəti/limiti olmadan əldə etməyə layiq görülmüş ilk türk firmasıdır.

Assan Panel sadəcə məhsullarının keyfiyyəti ilə deyil, ətraf mühitə həssas yanaşması ilə də tanınan bir ticarət nişanı olaraq, ISO 14001.2015 sertifikatı ilə yanaşı, insan sağlamlığına zərər vurmayan, daxili məkanlardakı havanın keyfiyyətinə xələl gətirməyən ekoloji təmiz məhsulları sayəsində 2016-cı ildə ABŞ-ın Greenguard və Greenguard Gold sertifikatlarını da əldə edərək, öz keyfiyyətini bir daha təsdiq etmişdir.

AEyni zamanda, inkişaf edən informasiya texnologiyalarının və genişlənməkdə olan mobil informasiya idarəetməsinin də fərqində olan Assan Panel öz müştərilərinə daha təhlükəsiz xidmət təmin etmək üçün 2015-ci ildə ISO/IEC 27001.2013 İnformasiya Təhlükəsizliyi sertifikatı ilə də mükafatlandırılmışdır.

KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ SINAQ METODLARI

Keyfiyyətə nəzarət əməliyyatları xammal girişi, istehsal, son yoxlama və məhsulların keyfiyyətinə nəzarətdən ibarət olmaqla, bütün mərhələlərdə həyata keçirilməkdədir. Müştərilərimizdən aldığımız rəylər, təşkilat daxilindəki korreksiyaedici/profilaktik fəaliyyətlər də əsas məqsədimiz olan mütəmadi təkmilləşdirmə üçün ən vacib dəstəkdir. TS EN 14509:2014 standartına əsasən, yeni bir məhsul bazara çıxarılmazdan əvvəl növ sınaqlarından (NS), mexaniki sınaqlardan (MS) (səthin mexaniki xüsusiyyətləri, kəsməyə davamlılıq və sürüşmə modulu, təzyiqə davamlılıq və təzyiq modulu, zərbəyə davamlılıq, dartılma, mərkəzi dayaq üzərində əyilmə momenti potensialı, yanğına reaksiya və s.) keçir. İstər öz laboratoriyamızda, istərsə də kənar laboratoriyalarda keyfiyyətə təminatla bağlı bütün fəaliyyətləri həyata keçiririk. Hesabatlılıq ən mühüm parametrlərimizdən biri olduğu üçün bütün qeydlərimiz ERP sistemləri vasitəsilə addım-addım qeydə alınır.

1. XAMMAL GİRİŞİNİN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ SINAQ METODLARI

ISO 9001:2015 Keyfiyyətə Nəzarət Sisteminin tələblərinə əsasən, Assan Panel şirkəti daxilində istehsal üçün tələb edilən xammalın texniki spesifikasiyalarının hazırlanması, akkreditasiya olunmuş təchizatçıların müəyyənləşdirilməsi və fəaliyyət göstəricilərinin müşahidəsi həyata keçirilir. Kibar Holding şirkətində isə bütün milli/beynəlxalq standartlara uyğun şəkildə müvafiq satınalmalar həyata keçirilir.

İstehsalatda istifadə ediləcək xammal / sərfiyyat materiallarının yoxlanması da bütün mövcud milli və beynəlxalq standartlara əsasən həyata keçirilməkdədir. Texniki spesifikasiyalara, milli və beynəlxalq standartlara uyğun olmayan xammal, sərfiyyat materialları istehsal prosesinə daxil olmazdan əvvəl yoxlanılır və prosesin əvvəlində qeyri-münasib materialların istehsalat prosesinə daxil olmasının qarşısı alınaraq, keyfiyyətin dayanıqlılığı təmin edilir.

Assan Panel laboratoriyalarında həyata keçirilməyən bütün testlər üçün akkreditasiya olunmuş kənar laboratoriyalarla razılığa gəlinmişdir.

2. EMALIN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ SINAQ METODLARI

Məhsullarımız - ən son texnologiyalara və istehsal parametrləri operatorlar tərəfindən yoxlana bilən rəqəmsal sistemə malik fasiləsiz xətdə istehsal edilir. İstehsal mərhələlərində məhsulların keyfiyyətinə nəzarət əməliyyatları, məhsullara əsaslanan Keyfiyyət Planları/Məhsul Reseptləri sistemimizdə təsvir edilmişdir.

Keyfiyyətə nəzarət əməliyyatları keyfiyyət planlarında göstərilən milli və ya beynəlxalq standartlar, nəzarət dövrü, metodlar, cihazlar (kalibrasiyalı), kritik qiymətlər-parametrlər və s. nəzərə alınmaqla səriştəli işçilər tərəfindən həyata keçirilir. Yoxlamalardan sonra əldə edilən ölçmə qiymətləri dözümlülük qiymətləri ilə müqayisə edilərək, qeydə alınır. Bu qiymətlərdə rast gəlinə biləcək potensial kənaraçıxmalar zamanı sistemlərimiz avtomatik olaraq xəbərdarlıq siqnalı verir və problem dərhal həll edilir. Bütün məlumatlar statistik baxımdan qiymətləndirilir və təkmilləşdirmələr, hədəflərin müəyyənləşdirilməsi zamanı bu məlumatlara istinad edilir.

3. SON MƏHSULUN KEYFİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ SINAQ METODLARI

Assan Panel olaraq, məhsullarımız son istifadə yerindən asılı olaraq, məhsul/sifariş əsasında milli və beynəlxalq standartlarla müəyyənləşdirilən tezlikdə və müddətlərdə sınaqlardan keçməkdədir. Sınaq nəticələri dözümlülük göstəriciləri çərçivəsində qiymətləndirilir və məhsullarımız müvafiq qablaşdırma növlərinə uyğun şəkildə qablaşdırılır. Bütün sifarişlər keyfiyyətə nəzarət sahəsində səriştəli işçilərimiz tərəfindən sistemli şəkildə təsdiq edildikdən sonra müştərilərə çatdırılır.

Müştərilərimizi məlumatlandırmaq məqsədilə qeyd edək ki, qablaşdırma zamanı hər bir qablaşdırmaya "Daşıma, saxlama və quraşdırma Qaydaları" sənədi də əlavə edilir.


Müvafiq şəkillər

Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz