AFG KİMYA
AssanChem: Maksimum məhsuldarlığa malik bina izolyasiyası, soyutma, saxlama və daşıma məqsədləri üçün çoxillik təcrübə sayəsində əldə edilmiş sandviç panel texnologiyası.
Assanchem sandviç panel istehsalı sahəsində 30 illik təcrübəsini poliuretan ilə bir araya gətirir.
Ən yüksək keyfiyyətə malik B3, B2 və PIR materiallar texnologiyasının mükəmməl mexaniki və fiziki xüsusiyyətlərini və istilik izolyasiyasını optimal səviyyədə sizlərə təqdim edir.
Həqiqi istilik izolyasiyası sayəsində binaların daxilindəki istilik və enerji itkisini azaldan addımlar ataraq, istehlak edilən enerjidən maksimum məhsuldarlıq əldə edə bilən AssanChem texnologiyasına sahib yüksək istilik izolyasiyası panelləri vasitəsilə binalar inşa edə və ya mövcud binaları təkmilləşdirə bilərsiniz.
AssanChem poliuretan - zəif keçiricilik əmsalına və aşağı sıxlığa malik B3 köpüklə yanaşı, yanğına qarşı yüksək müqavimətə malik PIR və B2 köpükləri sayəsində sandviç panel istehsalında istifadə edilən ən yaxşı dolğu materialıdır.
Poliuretan sistemlər istehsal xəttindən asılı olaraq 2, 4 və ya 5 komponentli istehsal edilə bilər və tələbata uyğun olaraq yanğına müxtəlif dözümlülük səviyyələrində hazırlanır.
İstifadə sahələri
- Düz və burma dam panelləri
- Divar panelləri
- Soyuducu kamera panelləri
- İzolyasiya panelləri
- Soyuq hava konteynerləri
- Prefabrik evlər
Üstünlükləri
- Minlərcə m2 tətbiq edilmiş və özünü təsdiq etmiş material
- Mükəmməl mexaniki xüsusiyyətlər
- Aşağı lambda qiymətinə malik olması sayəsində daha yaxşı istilik izolyasiyası
- Müxtəlif növ səthlərə çox güclü yapışma xüsusiyyəti
- Minimum tullantı ilə yüksək məhsuldarlıq
- Asan emal mühiti və mükəmməl fəaliyyət imkanı
- Yanğına qarşı yüksək müqavimət ( B2 kateqoriyasında ən yaxşı)
Materialın kodu | Təsvir | Qəliblənmiş Sıxlıq (kq/m3) |
Laminator temperaturu °C | Yanğına müqavimət sinfi (DIN 4102) |
AssanChem Pur 370 |
*Qənaətli panellər üçün münasibdir |
30-33 | 40 -45 | B3 |
AssanChem Pur 280 |
* Yanğına müqavimət göstərməkdə öz sinfində ən yaxşı |
38-41 | 45 - 50 | B2 |
PIR |
* Bs1d0 səviyyəsində yanğına müqavimət |
39-41 | 50-55 | B1 |