AFG POLAD VƏ BİNA

Gələcəyin dayanıqlı binaları üçün səlahiyyətli dilerlərimizlə birlikdə ümumi həll variantları təmin edirik.

Yeni bir istehsal müəssisəsi planlayaraq inşa etmək və ya mövcud müəssisələri yeniləmək genişmiqyaslı bilik, təcrübə və etibarlı peşəkarlıq tələb edir.

Öz sahəsində peşəkar, effektivliyi və səriştəsi praktikada sübuta yetirilmiş mühəndis və texniki heyətimiz sayəsində optimal xərclə maksimum məhsuldarlıq əldə etmək üçün sistemin maksimum ideal şəkildə planlanaraq dizayn edilməsi və qeyd edilən müddətdə başa çatdırılaraq, müəssisənin vaxtında istismara verilməklə investorlara təhvil verilməsi sahəsində tələb olunan mühəndislik, planlaşdırma, təchizat, logistika, inşaat və quraşdırma proseslərini əhatə edən genişmiqyaslı xidmətlərimiz mövcuddur.

afg-celik-ve-yapi

Necə kömək edə bilərik?

Müştərilərimizin yerinə bütün prosesləri effektiv şəkildə idarə edirik, bütün dizayn, təchizat və inşaat işlərini koordinasiya edirik və layihələri tələb olunan keyfiyyətlə və xərclərlə başa çatdırırıq. Böyük təcrübəmiz sayəsində müştərilərimizin öz vaxtlarına və vəsaitlərinə qənaət etməsini, risklərini azaltmasını, məhsuldarlıqlarını artırmasını təmin edirik.

"Açar təslimi" şəklində layihə həllərini və güclü mühəndislik, təchizat və quraşdırma xidmətlərini ehtiva edən EPC sahəsində peşəkarlığımız sayəsində layihələrinizin bütün məsuliyyəti Assan Panel şirkətinin peşəkar heyətləri tərəfindən təmin edilir.

Dayanıqlı şəkildə yüksək keyfiyyət, planlaşdırma və vaxt planlaşdırması vəd etməklə, sisteminizin optimal məhsuldarlığına təminat veririk. Texniki qulluq və idarəetməyə dair müqaviləmizin tərkib hissəsi olaraq, istifadə müddəti ərzində sisteminizin problemsiz fəaliyyətini də təminat altına alırıq. Genişmiqyaslı və həssas keyfiyyətə nəzarət tədbirlərimiz vasitəsilə və EPC sahəsində peşəkarlığımız sayəsində məhsul və siistemlərinizin uzunmüddətli məhsuldarlığı üçün günəş enerjisi sahəsinə investisiyalarınızın təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək zəmanət təmin edirik.

afg-celik-ve-yapi

Misir və Macarıstanda biznes tərəfdaşı kimi, bərpa və investisiya layihələrində iştirak etmişik. Macarıstanın Miskolc şəhərində həyata keçirilən yeni investisiya layihəsi çərçivəsində dam və divar panelləri, aksessuarları, divar işıqları, sifonik dövrə sistemləri ilə yanaşı, duman çıxış kanalları, dam işıqları və sənayedə istifadə edilən qapıların quraşdırılması işlərini öz üzərimizə götürdüyümüz, ümumilikdə 13 min kvadrat metrlik dam və divar panellərindən ibarət olan layihənin 5 min kvadrat metrlik birinci mərhələsi başa çatmışdır. Digər bir EPCM layihəsi çərçivəsində Misirin İskəndəriyyə şəhərindəki bir tekstil fabrikinin damının bərpası layihəsi üçün yeni sandviç panel dam örtüyünün quraşdırılması həyata keçirilmişdir. Bərpa işləri çərçivəsində tekstil istehsalından yaranan kimyəvi təsirə məruz qalan dam örtüyü sistemi aradan qaldırılmış, alt və üst lövhə arasına yerləşdirilən izolyasiya qatı vasitəsilə dayaq funksiyası daşıyan mövcud poladlar təkmilləşdirilmişdir. 17 min 500 kvadrat metrlik dam örtüyü sistemində Assan Panel şirkətinin məhsullarından istifadə edilərək, bütün infrastruktur yenilənmişdir.

afg-celik-ve-yapi

Kataloqumuzu əldə etmək üçün aşağıdakı linkə tıqlayın.

EPCM Broşüra
 
Məhsul Üçün Müraciət Forması

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz

Ürünlerimiz, Çözümlerimiz ve Hizmetlerimiz hakkında daha fazla bilgi almak için bizimle iletişime geçebilirsiniz